Bakı-Xızı yolunda 35 yaşlı kişini avtomobil vurub.

Teleqraf.com xəbər verir ki, 1987-ci il təvəllüdlü Abbasov Fərid Əli oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.