Bakının Sabunçu rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Sabunçu rayon Polis İdarəsinin 14-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyunun 3-də Maştağa qəsəbəsi ərazisindən Bakı şəhər sakini A.Şirinovun “Ravon” markalı avtomobilini qaçıraraq Qala qəsəbəsi ərazisində Bakı şəhər sakini Z.Həsənlinin idarə etdiyi “Mercedes” markalı avtomobili vurmuş Şamaxı rayon sakini E.Qarayev hadisə yerində saxlanılıb.
Z.Həsənliyə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.
Faktla bağlı araşdırma aparılır.