Mingəçevirdə itləri güllələyən şəxs saxlanılıb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Mingəçevir şəhər polis şöbəsi əməkdaşları tərəfindən mayın 26-da şəhər ərazisində ov tüfəngi ilə sahibsiz itləri vurduğuna görə şəhər Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin işçisi A.Şükürov müəyyən edilərək saxlanılıb.

Saxlanılan şəxsdən müvafiq sənədləri olan “İJ-18” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.