Gəncənin Nizam rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində oğurluq hadisələri törədən şəxs saxlanılıb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan bildirilib.

Aparılan araşdırmalarla müəyyən edilib ki, Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş, 35 yaşlı Elşad İbrahimov may ayının 21-də şəhər ərazisində vətəndaşa məxsus fərdi yaşayış evindən ümumilikdə 1 0140 manat dəyərində müxtəlif qızıl-zinət və məişət əşyalarını oğurlayıb.

E.İbrahimov saxlanılaraq maddi sübutlarla birlikdə istintaqa təhvil verilib.

Faktlarla bağlı Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb.

Araşdırmalar davam etdirilir.