Gəncə şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, şəhər sakini A.İbrahimov idarə etdiyi “VAZ-2107” markalı avtomobili işıq dirəyinə vurub.

Nəticədə aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Nizami (Gəncə) rayon Polis İdarəsində araşdırma aparılır.