Cəlilabad rayonunun Təzəkənd kəndi ərazisində yol qəzası olub.

Teleqraf.com xəbər verir ki, Günəşli kənd sakini V.Həsənov idarə etdiyi “VAZ-2121” markalı avtomobili aşırıb.

Nəticədə sürücü və sərnişini S.Vəliyeva hadisə yerində ölüb, digər 2 sərnişini xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Cəlilabad rayon polis şöbəsində araşdırma aparılır.