Mingəçevir-Xaldan yolunun Yevlax rayonu ərazisindən keçən hissəsində xəsarətlə nəticələnən yol qəzası baş verib.

Teleqraf.com xəbər verir ki, "90-UB-132" dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Qəza nəticəsində azı 1 nəfər xəsarət alıb. Hazırda hadisə ilə bağlı araşdırmalara başlanılıb.