Xaçmaz rayonunun Nabran kəndinə istirahətə gələn ailə qəzaya uğrayıb.

İki avtomobilin toqquşması nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan üçünün azyaşlı olduğu bildirilir. Xəsarət alanların kimliyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.