Abşeron rayonunda evdən külli miqdarda pul oğurlanması barədə polisə məlumat daxil olub.

Teleqraf.com xəbər verir ki, oktyabrın 24-də rayon ərazisindəki evlərin birindən 62000 avro oğurlanıb.

Abşeron rayon Polis İdarəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Fuad Zeynalov tutulub, daha 1 nəfərin isə şəxsiyyəti müəyyən edilib.