Teleqraf.com xəbər verir ki, Mərdəkan çimərliyində gənclər arasında yaranan münaqişə zəminində 1986-cı il təvəllüdlü Elşən Xankişiyev döyülüb.

Elşən Xankişiyev xəsarətlə 3 saylı Sabunçu şəhər xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, Elşən Xankişiyevi döyən şəxslər hadisə yerindən qaçıb. Onların 4 nəfər olduğu bildirilir. Hazırda polis cinayəti törədən şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat tədbirləri görür.

Hadisənin qız üstündə yaranan münaqişə zəminində baş verdiyi bildirilir.

Faktla bağlı cinayət işi başlanıb.