Fövqəladə hallar naziri Kəmaləddin Heydərov noyabr 27-də Qazax şəhərində, Qazax Olimpiya İdman Kompleksinin inzibati binasında saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcək.

Nazirlikdən verilən məlumata görə, qəbulda yalnız Qazax, Ağstafa, Tovuz, Şəmkir rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaqdır.

Qəbula gələn vətəndaşların qeydiyyatı Qazax Olimpiya İdman Kompleksinin inzibati binasında 26 noyabr 2015-ci il tarixində saat 09.00-da başlayacaqdır.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Əlaqə:

tel: +994 (12) 512-01-14

e-mail: [email protected]

İLHAMƏ