"Verilişi hazırlayanlar ciddi cəzalanmalıdır”
İran parlamentinin xarici siyasət və milli təhlükəsizlik komissiyasının sədr müavini Mənsur Həqiqətpur noyabrın 10-da jurnalistlərə açıqlamasında azərbaycanlıların dövlət televiziyasında yayımlanan proqramda təhqir olunmasına münasibət bildirib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Ərdəbil şəhərindən deputat seçilən Mənsur Həqiqətpurun sözlərinə görə, məsələ ilə bağlı Tehran prokurorluğuna şikayət ediblər: “Biz “Fitilə” verilişinin hazırlanmasında əli olanların ciddi tənbeh edilməsini istəyirik və bununla bağlı Tehran prokurorluğuna şikayət məktubu göndərmişik. Biz bütün türklərdən səbrli olmalarını istəyir, onlara söz veririk ki, bu səhlənkarlığa yol verənlər cəzalandırılmayana qədər bu işdən əl çəkməyəcəyik.
Elə buna görə də türkdilli əhalidən xahiş edirik ki, emosiyalarına hakimk kəsilsinlər. Aydın məsələdir ki, qarşıdurma və iğtişaş yaradanlar bilikli və dərrakəli türklərdən deyillər. Mən bu barədə İran Dövlət Radio-Televiziyasının rəisi Sərəfrazla danışmışam. O bu işdən narahat və peşman olduğunu bildirib, bir neçə xətakar şəxsi işdən çıxarıb. Lakin biz həmin şəxslərə qarşı ciddi tədbir görülməsini tələb edirik. Buna görə də Tehran prokururluğana məsələ ilə əlaqədar şikayət etmişik”.
Qeyd edək ki, noyabrın 6-da İran Dövlət Televiziyasının 2-ci kanalından yayımlanan “Fitilə” adlı proqramda Azərbaycan türkləri iyrənc bir şəkildə açıq-aşkar təhqir edilib, alçaldılıb. Noyabrın 9-da isə İranın azərbaycanlılar yaşayan əyalətlərində yüz minlərlə əhali küçələrə axışaraq fars irqçılığına qarşı etiraz aksiyası və yürüşlər keçiriblər. Təbriz və Urmiyada polislə qarşıdurmada yüzlərlə azərbaycanlı tutulub, bir neçə nəfər bədən xəsarəti alıb.
Samir