BAKI, 2 may. TELEQRAF
Ardıcıl antisemit hücumlardan sonra Böyük Britaniyada Fələstini dəstəkləyən yürüşlər müvəqqəti olaraq qadağan edilə bilər.
Teleqraf xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Keyr Starmer BBC-yə verdiyi müsahibədə bildirib.
Starmer bir sıra hallarda etirazların qadağan edilməsi üçün əsasların olduğunu deyib:
"Düşünürəm ki, etirazlara bütövlükdə və onların ümumi təsirinə baxmağın vaxtıdır. Yəhudi icmasında bir çox insan mənə yürüşlərin yönünü dəyişməsi barədə danışdı. Mən bunu qəbul edirəm", - deyə o qeyd edib.
Baş nazir həmçinin etirazlarda təxribatçı şüarlar səsləndirilməsinin cinayət məsuliyyəti daşıdığını deyib.
Qeyd edək ki, aprelin 29-da Londonun şimalındakı yəhudi icmasının yaşadığı Qolders Qrin bölgəsində iki nəfər bıçaqla hücuma məruz qalıb.