Polşanın Baş naziri Donald Tusk ABŞ-nin Almaniyadan 5000 əsgərini çıxarmaq qərarını NATO-nun dağılmasının davamı kimi dəyərləndirib.

Teleqraf xəbər verir ki, Tusk "X" səhfəsində bu barədə yazıb:

"Transatlantik icma üçün ən böyük təhlükə onun xarici düşmənləri deyil. Hamımız bu fəlakətli tendensiyanı geri çevirmək üçün lazım olan hər şeyi etməliyik".

Bu, Polşa baş nazirinin Pentaqonun Almaniyadan 5000 Amerika əsgərini çıxarmaq qərarına verdiyi cavab olub.

Qeyd edək ki, ABŞ Müdafiə Nazirinin İctimaiyyətlə Əlaqələr üzrə köməkçisi Şon Parnell qoşunların çıxarılması prosesinin növbəti altı-on iki ay ərzində başa çatacağını bildirib.