BAKI, 2 may. TELEQRAF
Almaniya ABŞ-nin ölkədəki hərbi kontingentinin sayını azaltmaq qərarına təəccüblənməyib.
Teleqraf “Reuters”ə istinadən xəbər verir ki, bunu Almaniyanın Müdafiə naziri Boris Pistorius deyib.
Nazirin sözlərinə görə, avropalılar öz təhlükəsizliklərini təmin etmək üçün daha çox özlərinə güvənməlidirlər. “Almaniya düzgün yoldadır”, – deyə o əlavə edib.
Məlumata görə, Almaniya Bundesverin şəxsi heyətinin sayını 185 mindən 260 minə çatdırmağı planlaşdırır.
Qeyd edək ki, ABŞ ötən gün Almaniyadakı hərbi bazalardan 5 min hərbçisini çıxaracağını açıqlayıb. Pentaqon bu qərarın ABŞ-nin Avropadakı hərbi mövcudluğunun təhlili və ordunun ehtiyacları əsasında verildiyini bildirib. ABŞ Müdafiə naziri Pit Hegset kontingentin azaldılması barədə göstəriş verib.
*** 13:40
NATO ABŞ-nin qoşunlarını Almaniyadan çıxarması ilə bağlı vəziyyəti aydınlaşdırmaq üçün Ağ Evlə əlaqə saxlayır.
Teleqraf xəbər verir ki, bu barədə NATO sözçüsü Allison Hart X şəbəkəsində yazıb.
Bidirib ki, NATO ABŞ-nin Almaniyadan qoşunlarını çıxarmaq qərarını qiymətləndirir
Hart vurğulayıb ki, ABŞ-nin qərarı Avropanı müdafiəsinə daha çox sərmayə qoymağa və ümumi təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımağa sövq edir.
O əlavə edib ki, Avropa ölkələri müdafiələrini təmin etmək qabiliyyətlərinə əmindirlər.
Qeyd edək ki, "CBS News" ABŞ-nin bir il ərzində Almaniyadan təxminən 5000 əsgəri çıxaracağına dair məlumat yayıb. 2025-ci ilin dekabr ayına olan məlumata görə, Almaniyadakı hərbi bazalarda 36.000-dən çox ABŞ əsgəri və təxminən 1500 ehtiyatda olan əsgər yerləşdirilib.