Baş prokuror Zakir Qaralov Sankt-Peterburqda azərbaycanlılara qarşı törədilmiş cinayətlə əlaqədar həmin ölkənin Baş prokuroruna müraciət ünvanlayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, azərbaycanlı ailəsinə qarşı törədilmiş qanunsuzluqlar qəti şəkildə pislənib.

Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov 2015-ci ilin iyulunda Sankt-Peterburq şəhərində polis əməkdaşının sahibkarlıq fəaliyyəti ilə məşğul olan Rusiya Federasiyasının vətəndaşı İradə Rəcəbəliyevaya və onun yetkinlik yaşına çatmayan övladlarına qarşı zorakılıq hərəkətlərinə yol verilməsi ilə əlaqədar Rusiya Federasiyasının Baş prokuroru Yuri Çaykaya müraciət edib.

Müraciətdə azərbaycanlı ailəsinə qarşı törədilmiş qanunazidd hərəkətlər qəti şəkildə pislənərək, polis əməkdaşı tərəfindən yol verilmiş cinayət hadisəsinin ictimaiyyət arasında rezonans doğurması vurğulanıb. Zakir Qaralov müraicətdə cinayət-prosessual qanunvericiliyinin və beynəlxalq hüquq normalarının tələblərinə uyğun olaraq hadisə ilə bağlı obyektiv və ədalətli şəkildə araşdırma aparılacağı və həmin hərəkətə qısa müddətdə hüquqi qiymət veriləcəyinə əmin olduğunu bildirib.

Hacı Zeynalov