BAKI, 2 oktyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Qəzzadakı münaqişənin həlli üçün irəli sürdüyü 20 maddədən ibarət sülh planı barədə paylaşım edib.

Teleqraf xəbər verir ki, D.Tramp “Truth Social” şəbəkəsindəki paylaşımında Yaxın Şərqdə sülhün təmin olunmasına dair müxtəlif ölkələrin mövqelərinə diqqət çəkib.

Siyahıda həmçinin Azərbaycan Xarici İşlər Nazirliyinin də məsələ ilə bağlı açıqlaması yer alıb.

“Əsir və girovların dəyişdirilməsi, eləcə də əhalinin humanitar ehtiyaclarının qarşılanması uzunmüddətli sabitlik və siyasi həll üçün inamın yaradılması və gərginliyin azaldılması baxımından həyati əhəmiyyət daşıyır”, - nazirliyin bəyanatında qeyd olunur.