BAKI, 21 mart. TELEQRAF

Nikol Paşinyan Ermənistan-Azərbaycan sülh sazişi sənədini birtərəfli imzalaya bilər.

Teleqraf xəbər verir ki, bunu erməni politoloq Benyamin Matevosyan bildirib.

O, Ermənistan Baş naziri Nikol Paşinyanın Azərbaycanla sənədi birtərəfli qaydada imzalaya biləcəyini və bunun ciddi nəticələrə səbəb olacağını vurğulayıb.

"Bu halda, İrəvan sənəddəki Ermənistanla bağlı olan 17 bəndi birtərəfli qaydada yerinə yetirmək öhdəliyi götürəcək, Bakı isə yalnız bütün tələbləri yerinə yetirilənədək sənədi imzalamayacaq", - Matevosyan qeyd edib.

Politoloqun sözlərinə görə, Paşinyan artıq buna bənzər addım atıb və Qranadada Azərbaycanın ərazi bütövlüyünü tanıyıb.