Heyvanla rəhmsiz davranan şəxsin əməlləri ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər polis tərəfindən araşdırılıb.

Teleqraf.com "oxu.az"a istinadən xəbər verir ki, paytaxtın Binəqədi rayonunda əməli törədən 1982-ci il təvəllüdlü X.Muradov saxlanılaraq polis idarəsinə gətirilib.

Onun əməlinə hüquqi qiymət verilməsi üçün qanunvericiliyə uyğun tədbir görülür.

***

Binəqədi rayonu, Biləcəri qəsəbəsi, "DSK yolu" adlanan ərazidə naməlum şəxs balta ilə iti vəhşicəsinə döyüb.

Bu barədə məlumat Baku.ws-in "qaynar xətti"nə daxil olub.

Şikayətçinin sözlərinə görə, hadisə bu gün günorta saatlarında qeydə alınıb. Belə ki, baltalı şəxs ətrafdakılara məhəl qoymadan itə vəhşicəsinə işgəncə verib:

"Küçədə uşaqlar var idi, o isə heç kimə məhəl qoymadan itə xəsarətlər yetirdi".

Hadisə barədə Daxili İşlər Nazirliyinə (DİN) sorğu ünvanlanıb.

Sözügedən görüntüləri təqdim edirik (əsəbləri zəif olanların baxması məsləhət deyil):