Bu gün hamımız bəşəriyyətin ümumi gələcəyini formalaşdırmağa çalışırıq. Bu məqamda dialoq vacib şərtdir. Forum çərçivəsində dünyada gedən prosesləri müzakirə edəcəyik.
Teleqraf.com xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda "Müxtəliflik harmoniyası: qlobal mədəni intibah naminə mədəniyyətlərarası dialoqun təşviqi" adlı 2-ci panel sessiyasında çıxışı zamanı deyib.
"Forum çərçivəsində xüsusən də nazirlər konfransında əsasən ahəngdarlığı təşfiq etməliyik", - nazir bildirib.
Qeyd edək ki, 1-3 may tarixlərində keçiriləcək forumda on panel müzakirə və dörd plenar sessiyanın keçirilməsi nəzərdə tutulur. Forumda müzakirə olunacaq mövzular təhsil, gənclər, xüsusilə də iqlim dəyişikliyi fonunda mədəni irsin mühafizəsi məsələsinin aktuallığı, ksenofobiya, qanunsuz miqrasiya və digər sahələri əhatə edəcək.