“Rusiya həm Azərbaycan, həm də Ermənistanla dialoqda çox əziyyətli və mürəkkəb iş aparmağa davam edir”.
Teleqraf.com xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov ABŞ dövlət katibi Entoni Blinkenin Azərbaycana “Laçın yolunun açılması” çağırışı ilə həmrəy olub-olmadıqları ilə bağlı sualı cavablandırarkən deyib.
“Rusiya iki il əvvəl imzalanmış üçtərəfli sazişlərin və sənədlərin tərəflərindən biri kimi öz öhdəliklərini yerinə yetirməkdə davam edir və həm Ermənistan, həm də Azərbaycanla çox əziyyətli və mürəkkəb işi davam etdirir”, - Kremlin sözçüsü bildirib.