“Azərbaycan Türkiyəyə 600-dən çox təlim keçmiş yanğınsöndürən göndərib”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan göndərib.

“196 yanğın söndürülüb, 5 bölgədə 12 yanğın davam edir. Təyyarələrimiz, helikopterlərimiz və texnikalarımız durmadan işləyir. Meşə yanğınları ilə mübarizə üçün bütün imkanlarımızı səfərbər etmişik. Bu məsələ ilə bağlı Azərbaycanı xüsusi qeyd etməliyəm. 600-dən çox təlim keçmiş yanğınsöndürən göndərib.

Hazırda 16 amfibiya təyyarəsi intensiv işini davam etdirir. Ukraynadan gələn 5 helikopter var, 24 saat işləyəcəklər”, - Ərdoğan qeyd edib.