Hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynovun qardaşı Oqtay Hüseynov Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri təyin olunub.

Publika.az-ın məlumatına görə, bu vəzifəyədək isə O.Hüseynov Qaradağ Rayon İcra Hakimiyyətində müxtəlif vəzifələrdə çalışıb.

O.Hüseynov 2009-cu ildə keçirilən Bələdiyyə seçkilərində Lökbatan bələdiyyəsinə üzv seçilib, daimi komissiyanın sədri olub.