BAKI, 1 dekabr. TELEQRAF

"Nərimanov" elektrik deposu xəttlərinə yüksək gərginliyin verilməsi tam bərpa olunub.

Teleqraf xəbər veir ki, "Bakı Metropoliteni" QSC-dən bildirilib ki, qatarların xəttə daxil olması prosesi artıq başlanıb.

QSC-dən verilən məlumata görə, baş vermiş qısa fasilə səbəbindən hazırda qatarlararası intervalda müəyyən gecikmələr müşahidə olunur.

***

07:28

“Nərimanov” elektrik deposunun yol sahələrində yüksək gərginliyin verilməsində yaranan qısamüddətli fasilə səbəbindən Qırmızı və Yaşıl xətlərdə qatarların hərəkəti intervalında gecikmələr var.

Teleqraf xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.

Məlumatda bildirilir ki, “Bakmil” stansiyasının fəaliyyəti də məhdudlaşdırılıb:

"Texniki xidmətlərimiz müvafiq enerji təminatının bərpası üçün operativ şəkildə iş aparır. Vəziyyət tam bərpa edildikdən sonra əlavə məlumat paylaşılacaq. Sərnişinlərimizdən yaranmış narahatlığa görə üzr istəyir, vəziyyəti anlayışla qarşılamalarını xahiş edirik".