BAKI, 1 may. TELEQRAF
İtaliya təmsilçisi "Milan" və İngiltərənin "Çelsi" klubları 2026-cı ilin yayında Asiyada yoldaşlıq oyunu keçirmək barədə razılığa gəlib.
Teleqraf xəbər verir ki, bu barədə Milan təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Klubların razılaşmasına əsasən, qarşılaşma avqustun 8-də İndoneziyanın paytaxtı Cakarta şəhərində təşkil olunacaq. Oyun yerli vaxtla saat 19:00-da start götürəcək.
Bu komandalar İndoneziya torpaqlarında ilk dəfə qarşılaşacaqlar.
Qeyd edək ki, İndoneziya 40 milyon azarkeşi olan "Milan" fanatlarının sayına görə dünyada üçüncü ölkədir.