BAKI, 20 aprel. TELEQRAF

“Qalatasaray” rəhbərliyi qapıçısı Uğurcan Çakırın gələcəyi ilə bağlı qərarını verib.

Teleqraf “Sabah” nəşrinə istinadən xəbər verir ki, İstanbul təmsilçisi çempionluq yolunda komandanın əsas fiqurlarından olan 30 yaşlı qolkiperin maaşını artırmağı planlaşdırır.

Onun çıxışı Avropa klublarının da diqqətini çəkib və xüsusilə “İnter”in mövsümün sonunda rəsmi addımlar atacağı gözlənilir. Buna baxmayaraq, “sarı-qırmızılar” qapıçını satmaq niyyətində deyil.

Hazırda illik 110 milyon lirə (təxminən 3,4 milyon dollar) qazanan Uğurcan Çakırın maaşının ikiqat artırılaraq 220 milyon lirəyə (təxminən 6,9 milyon dollar) çatdırılması gözlənilir. Bu, klub tarixində ən yüksək maaşlardan biri olacaq.

Qeyd edək ki, Uğurcan Çakır Superliqada ən az qol buraxan (23) qapıçıdır. Onun “Qalatasaray”la müqaviləsi 2030-cu ilə qədər nəzərdə tutulub.