BAKI, 9 mart. TELEQRAF
Azərbaycan Premyer Liqasının XXIII turunda “Neftçi” və “Turan Tovuz” komandaları üz-üzə gəlib.
Teleqraf xəbər verir ki, “Palms Sport Arena”da baş tutan qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Baş hakim Əlyar Ağayevin idarə etdiyi görüşdə yeganə qolu 56-cı dəqiqədə Joarlem Santos vurub.
Bu nəticədən sonra Kurban Berdıyevin rəhbərlik etdiyi “bozqurdlar” xallarını 44-ə çatdıraraq turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Yuri Vernidubun kollektivi isə 31 xalla 7-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, tura martın 10-da yekun vurulacaq.