BAKI, 9 mart. TELEQRAF

Azərbaycan Premyer Liqasının XXIII turunda keçirilən “Neftçi”- “Turan Tovuz” qarşılaşmasının əvvəlində tribunada diqqətçəkən hal yaşanıb.

Teleqraf-ın məlumatına görə, avrokuboklara vəsiqə uğrunda baş tutan görüşdə meydan sahiblərinin azarkeş qrupu olan “Forza Neftçi” hakimliklə bağlı banner hazırlayıb.

Belə ki, oyunun əvvəlində “Sizə nə VAR?” sözləri yazılmış pankart nümayiş etdirilib. Azarkeşlər sözügedən pankartda hakimlərin ipinin AFFA-nın əlində olduğuna işarə ediblər.

Qeyd edək ki, ötən tur “Şamaxı” ilə oyunda “ağ-qaralar”ın qapısına təyin olunan penaltidən sonra bakılılar hakimliklə bağlı bəyanat yaymış, VAR-ın varlığını sorğulamışdı. AFFA isə cavab olaraq mövzu ətrafında danışığa hazır olduğunu bildirmişdi.