BAKI, 5 mart. TELEQRAF

İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Bruno Fernandes klubun tarixinə düşüb.

Teleqraf “Squawka”ya istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi buna Premyer Liqanın XXIX turunda “Nyukasl”a 1:2 hesabı ilə məğlub olduqları matçda nail olub.

Portuqaliyalı futbolçu məhsuldar ötürmə ilə yadda qalıb ki, bu da cari mövsümdə sayca 14-cü olub.

Bruno Fernanded “Mançester Yunayted” tarixində bir mövsümdə ən çox məhsuldar ötürmə edən futbolçular siyahısında Nani ilə birlikdə ikinci pilləni bölüşür. Klub rekordunun sahibi isə 1999/2000 mövsümündə 15 məhsuldar ötürmə edən Devid Bekhemdir.

Qeyd edək ki, Bruno Fernandes 2020-ci ilin yanvarından “Mançester Yunayted”in formasını geyinir.