BAKI, 24 fevral. TELEQRAF

Niderlandın “Utrext” klubunun futbolçusu Suffian El Karuani karyerasını Türkiyədə davam etdirməyə yaxındır.

Teleqraf "Africa Foot" portalına istinadən xəbər verir ki, 25 yaşlı oyunçu ilə Superliqa təmsilçiləri "Fənərbağça" və "Beşiktaş" yaxından maraqlanır.

Mövsümün sonunda Niderland təmsilçisi ilə müqaviləsi başa çatacaq futbolçu təklifləri həmin vaxt dəyərləndirəcək. Bu, transfer xərclərini minimum saxlamaq istəyən klublar üçün cəlbedici amil kimi qiymətləndirilir.

Bundan başqa, Karuani ilə İngiltərə Premyer Liqasından "Vest Hem", Portuqaliyadan "Sportinq" və "Portu", Almaniyadan isə "Volfsburq" klubları da maraqlanır.

Qeyd edək ki, Karuani cari mövsüm "Utrext" forması ilə 38 oyunda 3 qol və 16 məhsuldar ötürmə göstərib. Transfermarkt portalının məlumatına görə, futbolçunun bazar qiyməti 15 milyon avro təşkil edir.