BAKI, 23 fevral. TELEQRAF
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov futbolçusu Sami Mmaenin əvəzedici komandaya göndərilməsinin səbəbini açıqlayıb.
Teleqraf xəbər verir ki, 53 yaşlı mütəxəssis bu barədə "Nyukasl"la (İngiltərə) UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan öncə keçirilən mətbuat konfransında danışıb.
“Mmaenin əvəzedici heyətə göndərilməsinin səbəbi idman prinsiplərini pozmasıdır. Bəzi şeyləri çox da açıqlamağa ehtiyac yoxdur", - deyə Qurbanov vurğulayıb.
Qeyd edək ki, "Qarabağ" Sami Mmaeni 2025-ci ilin yayında Xorvatiyanın "Dinamo Zaqreb" klubundan bir illik müddətinə icarəyə götürüb.