BAKI, 19 fevral. TELEQRAF
Fransanın "Marsel" klubunun yeni baş məşqçisi bəlli olub.
Teleqraf klubun rəsmi saytına istinadən xəbər verir ki, bu posta rəsmi olaraq Habib Beye təyin olunub
48 yaşlı seneqallı mütəxəssislə 2027-ci ilin iyun ayına qədər müqavilə imzalanıb.
Qeyd edək ki, Habib Beye 2003–2007-ci illərdə Marsel klubunda çıxış edib və ümumilikdə 174 matç keçirib.