BAKI, 18 fevral. TELEQRAF

AFFA İntizam Komitəsi qərarları açıqlayıb.

Teleqraf xəbər verir ki, Kadi Borges 2 oyunluq cəzalandırılıb.

***

13:04

Azərbaycan Premyer Liqasının XX turunda baş tutan “İmişli” – “Qarabağ” oyununda qonaqların futbolçusu Kadi Borgesə verilən birbaşa qırmızı vərəqə müzakirələrə səbəb olub.

Teleqraf xəbər verir ki, AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov da baş hakim Cavid Cəlilovun qərarını düzgün hesab edib və braziliyalı futbolçunun hərəkətini “təcavüzkar davranış” adlandırıb.

Əldə etdiyimiz məlumata görə, hazırda AFFA İntizam Komitəsinin iclası keçirilir. İK-in iclasında Ağdam klubunun 30 yaşlı yarımmüdafiəçisinin məsələsinə də baxılıb.

Kadiyə həmin oyundakı qırmızı vərəqəyə görə, azı 3 oyunluq cəza veriləcəyi gözlənilir.

Belə olacağı halda, legioner futbolçu Azərbaycan Premyer Liqasının XXII turunda səfərdə “Sabah”la, XXII turda evdə “Araz-Naxçıvan”la və XXIV turda səfərdə “Zirə” ilə görüşləri buraxmalı olacaq.