BAKI, 16 fevral. TELEQRAF
Azərbaycan Premyer Liqasının XX turunun növbəti oyunu "Şamaxı" və "Turan Tovuz" komandaları arasında keçirilib.
Teleqraf xəbər verir ki, Şamaxı şəhər stadionunda baş tutan görüşdə hesab açılmayıb - 0:0.
Görüşün baş hakimi Tural Qurbanov olub.
Bu nəticədən sonra 4-cü sırada qərarlaşan Tovuz təmsilçisi xallarının sayını 34-ə çatdırıb. Şamaxı komandası 24 xalla səkkizincidir.
Qeyd edək ki, turunun son oyununda "Qəbələ" turnir cədvəlinin lideri "Sabah"ı qəbul edəcək. Matçın start fiti saat 17:00-da səslənəcək.