BAKI, 9 fevral. TELEQRAF
Çexiyanın Brno şəhərində keçirilən MMA turnirində bir döyüşçü məşhur Mayk Taysonun “hərəkətini” təkrarlamağa çalışıb.
Teleqraf xarici KİV-ə istinadən xəbər verir ki, Vatslav Mikulaşek Pavol Vaskoya qarşı təkkadovn (yerə salma) etməyə çalışarkən, Vasko onu sol qulağından dişləyib.
Şoka düşən idmançıdan qan axmağa başlayıb, Vasko isə qaçmalı olub. Bu zaman zərərçəkmişin köməkçiləri, tamaşaçılar və digər döyüşçülər Vaskoya hücum edib, üzərinə stul atıblar.
Qeyd edək ki, Klaş MMA promosyonu əsas döyüşü heç bir məhdudiyyət qoyulmayan yarış kimi reklam etmişdi.