BAKI, 9 fevral. TELEQRAF

Bu gün Azərbaycan Premyer Liqasında XIX turun daha iki oyunu keçiriləcək.

Teleqraf xəbər verir ki, əvvəlcə Quba Olimpiya İdman Kompleksinin stadionunda "İmişli" "Kəpəz"i qəbul edəcək.

Baş hakim Fərid Hacıyevin idarə edəcəyi matç saat 14:30-da başlanacaq.

Günün digər qarşılaşması isə "Azersun Arena"da "Turan Tovuz" və "Karvan-Yevlax" komandaları arasında təşkil olunacaq. Baş hakim Vüqar Həsənlinin idarə edəcəyi görüş saat 18:30-da start götürəcək.

Qeyd edək ki, tura fevralın 10-da yekun veriləcək.

Azərbaycan Premyer Liqası

XIX tur

9 fevral

14:30. “İmişli” – “Kəpəz”

Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Tərlan Talıbzadə, İslam Məmmədov
VAR: Elçin Məsiyev
AVAR: Elşad Abdullayev
Hakim-inspektor: İmanxan Sulatni
AFFA nümayəndəsi: Seymur Səlimli
Quba OİK stadionu

18:30. “Turan Tovuz” – “Karvan-Yevlax”
Hakimlər: Vüqar Həsənli, Kamran Bayramov, Zöhrab Abbasov, Murad Səlimov
VAR: Nicat İsmayıllı
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“Azersun Arena”.