BAKI, 22 yanvar. TELEQRAF

Azərbaycan klublarının UEFA Çempionlar Liqasında vurduğu qolların ümumi sayı 150-yə çatıb.

Teleqraf xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Yubiley qolunu Bəhlul Mustafazadə vurub.

“Qarabağ”ın müdafiəçisi əsas mərhələnin VII turunun “Ayntraxt Frankfurt”la (Almaniya) ev matçında qələbə topunun müəllifi olub – 3:2. Azərbaycan komandaları qitənin ən nüfuzlu klub turnirinin təsnifat və əsas mərhələlərinə keçirilən 116-cı matçda 150-yə çatıb.

Bu qollara 7 komanda imza atıb. “Qarabağ” hamıdan çox – 110 dəfə fərqlənib. “Neftçi” 18, “Bakı” 7, “Şəmkir” 6, “Kəpəz” 4, “Şamaxı” 3, “Xəzər Lənkəran” 2 qola sevinib. 150 qoldan 135-i təsnifat və pley-off, 15-i əsas mərhələlərdə (qrup və liqa) vurulub.

Qeyd edək ki, Çempionlar Liqasında Azərbaycan təmsilçilərinin ilk qoluna İmamyar Süleymanov imza atıb. O, 1998-ci il iyulun 22-də LKS (Polşa) - “Kəpəz” qarşılaşmasında (4:1) fərqlənib.