BAKI, 22 yanvar. TELEQRAF
UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turundan sonra turnirdə növbəti mərhələyə yüksəlmək şansları ilə bağlı ehtimallar yenilənib.
Teleqraf xəbər verir ki, yenilənən siyahıda "Qarabağ"ın pley-off mərhələsinə yüksəlmək şansı 99.5%-dır.
Ağdam təmsilçisinin birbaşa 1/8 final mərhələsinə vəsiqə qazanmaq ehtimalı isə yoxdur.
1/8 final mərhələsini artıq təmin edən klublar da var. Bunlar "Arsenal" (İngiltərə) və "Bavariya" (Almaniya) komandalarıdır.
Türkiyə çempionu "Qalatasaray"ın pley-offa vəsiqə qazanmaq imkanı 99.9%, 1/8-ə isə 0%-dır.
Qeyd edək ki, "Qarabağ"ın Çempionlar Liqasında "Liverpul"la səfər oyunu qalıb. Qurban Qurbanovun rəhbərlik etdiyi komanda yeddi turdan sonra 10 xalla 18-ci pillədə qərarlaşıb.