BAKI, 22 yanvar. TELEQRAF
“Qarabağ”ın UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunda Almaniyanın “Ayntraxt Frankfurt” klubu üzərində qazandığı qələbə (3:2) Azərbaycanın UEFA reytinqindəki mövqeyini yaxşılaşdırıb.
Teleqraf xəbər verir ki, bu qələbə sayəsində ölkəmizin aktivinə daha 0.500 xal əlavə olunub.
Bununla da xallarını 22.750-yə çatdıran Azərbaycan bir pillə irəliləyərək 27-ci olan Slovakiyanı (22.375) geridə qoyub.
Reytinq cədvəlinin 26-cı pilləsində isə 22.843 xalla Sloveniya qərarlaşıb.
Qeyd edək ki, Slovakiya təmsilçiləri artıq avrokuboklarda mübarizəni dayandırdıqları üçün onların xallarının artmaq ehtimalı yoxdur.