BAKI, 20 yanvar. TELEQRAF
“Baş məşqçi dəyişikliyinə rəğmən, irəliyə baxmalıyıq”.
Teleqraf xəbər verir ki, bunu Almaniyanın “Ayntraxt Frankfurt” klubunun futbolçusu Robin Kox Bakıda “Qarabağ”la keçiriləcək UEFA Çempionlar Liqası oyunu öncəsi mətbuat konfransında deyib.
“Qarabağ”la oyun da daxil olmaqla, növbəti matçlarda qələbə qazanmaq istəyirik. Son zamanlar səfər oyunlarında düzgün qərarlar vermirdik. Komandamız istəksiz çıxış edirdi. Bunun düzəlməsinə çalışırıq. Bakıda azarkeşlərimizin olmaması bizim üçün itkidir. Onların varlığı bizə əlavə motivasiya verir”, - deyə Kox bildirib.
Qeyd edək ki, "Qarabağ" - "Ayntraxt Frankfurt" görüşü yanvarın 21-də baş tutacaq.