BAKI, 20 yanvar. TELEQRAF

“Hazırlaşmaq üçün kifayət qədər vaxtımız oldu. Bakıya yaxşı hisslərlə gedirik”.

Teleqraf xəbər verir ki, bunu Almaniyanın “Ayntraxt Frankfurt” klubunun müvəqqəti baş məşqçisi Dennis Şmitt Bakıda “Qarabağ”la keçiriləcək UEFA Çempionlar Liqası oyunu öncəsi mətbuat konfransında deyib.

“Bakıda yüksək performans göstərəcəyimizə, ələ düşən imkanlarımızdan istifadə edəcəyimizə inanıram. Bütün diqqətimiz məhz bu oyuna yönəlib. Müdafiədə oynamaq, əks-hücum futbolu nümayiş etdirmək fikrində deyilik. “Qarabağ”la oyunda əldə edəcəyimiz xallar bizim üçün çox vacibdir. Baş məşqçi dəyişikliyi bizə üstünlük yaradacaq, çünki rəqib bizim hansı taktikaya üstünlük verəcəyimizi bilmir”, - deyə Şmitt bildirib.

Qeyd edək ki, "Qarabağ" - "Ayntraxt Frankfurt" görüşü yanvarın 21-də baş tutacaq.