BAKI, 19 yanvar. TELEQRAF
"Qarabağ"ın UEFA Çempionlar Liqasındakı növbəti rəqibi olan Almaniyanın "Ayntraxt Frankfurt" klubu istefaya göndərdiyi baş məşqçi Dino Topmöllerin köməkçiləri ilə də yollarını ayırıb.
Teleqraf klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Bundesliqa təmsilçisi məşqçilər Stefan Bak, Nelson da Silva Morqado, eləcə də Xaver Zembrod müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib.
Xatırladaq ki, "Ayntraxt Frankfurt"a müvəqqəti olaraq əvəzedici komandanın baş məşqçisi Dennis Şmitt rəhbərlik edəcək.
"Qarabağ"la "Ayntraxt Frankfurt" yanvarın 21-də üz-üzə gələcək.