BAKI, 18 yanvar. TELEQRAF

“Qarabağ”ın UEFA Çempionlar Liqasındakı növbəti rəqibi olan Almaniyanın “Ayntraxt Frankfurt” klubu baş məşqçisi Dino Topmöllerlə yollarını ayırıb.

Teleqraf xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

15:35
***

İspaniyanın “Real Madrid” klubunun sabiq baş məşqçisi Xabi Alonso karyerasını Almaniyada davam etdirə bilər.

Teleqraf “Bild” nəşrinə istinadən xəbər verir ki, “Ayntraxt Frankfurt” komandası ispaniyalı mütəxəssisi baş məşqçi postuna gətirməkdə maraqlıdır.

Mənbənin məlumatına görə, Frankfurt təmsilçisinin idman direktoru Markus Kreşe mümkün təyinatı müzakirə etmək üçün Xabi Alonso ilə görüşmək niyyətindədir.

Qeyd edək ki, ötən yay “Real Madrid”in “sükanı arxası”na keçən Alonso bu il yanvarın 12-də paytaxt klubundan ayrılıb.

Almaniya mətbuatı onu da qeyd edir ki, “Ayntraxt” hazırkı baş məşqçisi Dino Toppmölleri “Qarabağ”la yanvarın 21-də Bakıda keçiriləcək UEFA Çempionlar Liqası oyununda qələbə qazanmayacağı təqdirdə istefaya göndərəcək.