BAKI, 18 yanvar. TELEQRAF
“Qarabağ”ın UEFA Çempionlar Liqasındakı növbəti rəqibi olan Almaniyanın “Ayntraxt Frankfurt” klubu futbolçusu Orel Amendanı icarəyə göndərə bilər.
Teleqraf məşhur insayder Florian Plettenberqə istinadən xəbər verir ki, 22 yaşlı müdafiəçini Şotlandiyanın “Seltik” komandası heyətinə cəlb etməyə çalışır.
İsveçrəli oyunçu Bundesliqa klubunda əsas heyətə düşə bilmədiyi üçün mövsümün qalan hissəsini “Seltik”də keçirməyə müsbət yanaşır. Keçidin yaxın günlərdə gerçəkləşəcəyi gözlənilir.
Amenda son 18 ayda Almaniya çempionatında cəmi 16 oyuna çıxıb. Cari mövsümdə baş məşqçi Dino Toppmöller ona Bundesliqada cəmi 3, Çempionlar Liqasında isə 1 oyunda start heyətində şans verib.
Qeyd edək ki, “Qarabağ”la “Ayntraxt Frankfurt” arasında oyun yanvarın 21-də Bakıda keçiriləcək.