BAKI, 17 yanvar. TELEQRAF
Türkiyədə təlim-məşq toplanışında olan "Turan Tovuz" yoxlama oyunu keçirib.
Teleqraf xəbər verir ki, Kurban Berdıyevin kollektivi Polşanın "Poqon" klubuna 2:3 hesabı ilə uduzub.
Tovuz təmsilçisinin qollarını Ayxan Hüseynov (26) və İbrahima Vadji (34) vurublar.
Qeyd edək ki, yanvarın 3-də Türkiyəyə təlim-məşq toplanışına yollanan “Turan Tovuz” sabah vətənə qayıdacaq.