BAKI, 17 yanvar. TELEQRAF
Almaniyanın “Ayntraxt Frankfurt” klubu UEFA Çempionlar Liqasında “Qarabağ”la oyuna qədər baş məşqçi Dino Toppmellerlə yollarını ayıra bilər.
Teleqraf Almaniya mətbuatına istinadən xəbər verir ki, buna səbəb Frankfurt klubunun Almaniya Bundesliqasının XVIII turunda “Verder Bremen”lə səfərdə 3:3 hesablı heç-heçə etməsidir.
Klub rəhbərliyi “Ayntraxt”ın 2026-cı ilin çempionatında cəmi iki xal toplamasını və üç oyunda doqquz qol buraxmasını Çempionlar Liqası səviyyəsində bir klub üçün qəbuledilməz hesab edir.
Qeyd edək ki, Toppmöllerin rəhbərlik etdiyi “Ayntraxt Frankfurt” hazırda Bundesliqanın 7-ci pilləsində qərarlaşıb. Almaniya təmsilçisi UEFA Çempionlar Liqasının VII turunda, yanvarın 21-də Bakıda “Qarabağ”la üz-üzə gələcək.