BAKI, 16 yanvar. TELEQRAF
UEFA Konfrans Liqasının pley-off mərhələsinin püşkatması keçirilib.
Teleqraf xəbər verir ki, mərasimdə turnirdə Türkiyənin yeganə təmsilçisi "Samsunspor" klubunun da rəqibi müəyyənləşib.
Superliqa komandası pley-offda Şimali Makedoniyanın "Şkendiya" klubu ilə üz-üzə gələcək.
Qeyd edək ki, bu mərhələnin ilk oyunları fevralın 19-da, cavab oyunları isə 26-da keçiriləcək.
Püşkatmanın nəticələri:
"KuPS" (Finlandiya) - "Lex" (Polşa)
"Zrinski" (Bosniya və Herseqovina) - "Kristal Pelas" (İngiltərə)
"Şkendiya" (Şimali Makedoniya) - "Samsunspor" (Türkiyə)
"Siqma" (Çexiya) - "Lozanna" (İsveçrə)
"Noa" (Ermənistan) - "AZ Alkmaar" (Niderland)
"Yagelloniya" (Polşa) - "Fiorentina" (İtaliya)
"Drita" (Kosovo) - "Selye" (Sloveniya)
"Omoniya" (Kipr) - "Riyeka" (Xorvatiya).