BAKI, 8 yanvar. TELEQRAF

Almaniyanın "Bavariya" klubu qapıçı Daniel Peretzin İngiltərənin "Sauthempton" komandasına icarəyə verildiyini açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə Münhen təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

25 yaşlı israilli futbolçu cari mövsümün sonuna qədər Premyer Liqa klubunda çıxış edəcək. O, mövsümün ilk yarısını icarə əsasında "Hamburq"da keçirib.

Qeyd edək ki, Daniel Peretz "Bavariya"ya 2023-cü ilin yayında İsrailin "Makkabi" (Təl-Əviv) klubundan keçib.