BAKI, 7 yanvar. TELEQRAF

"Kəpəz" qış fasiləsində ilk transferini reallaşdırıb.

Teleqraf klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “sarı-göylər” Veysəl Rzayevin keçidini rəsmiləşdirib.

23 yaşlı yarımmüdafiəçi mövsümün sonuna kimi Gəncə təmsilçisinin formasını geyinəcək.

Qeyd edək ki, Veysəl Rzayev mövsümün ilk yarısını “Turan Tovuz”da keçirib. Bu müddət ərzində Premyer Liqada 3 oyuna 1 qol vuran Rzayev, Ölkə kubokunda 2 matç keçirib və 1 dəfə fərqlənib.