BAKI, 7 yanvar. TELEQRAF
İngiltərənin "Mançester Siti" klubu futbolçusu Simpson-Pyuzu Almaniyanın "Köln" komandasına icarəyə verib.
Teleqraf klubun rəsmi saytına istinadən xəbər verir ki, 20 yaşlı müdafiəçi mövsümün sonuna qədər Bundesliqa təmsilçisində çıxış edəcək.
O, mövsümün ilk yarısını Şotlandiya "Seltik"ində icarə əsasında keçirib.
Qeyd edək ki, Simpson-Pyuz ötən mövsüm "Mançester Siti"də bütün yarışlarda altı oyunda iştirak edib.